Əsərlərin müzakirəsi

Məktəbdə Kitabxana müdiri Rəhimova Minayə və 7”D” sinif şagirdləri ilə birgə Azərbaycanın məşhur şəxsiyyətlərinə, xalqımızın qəhrəmanlıq tarixinə həsr olunmuş  əsərlərdən biri olan İ.Qasımov və H.Seyidbəylinin “Uzaq sahillərdə” əsərinin oxu və müzakirəsi keçirilmişdir.

1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Alman faşistlərə qarşı partizan hərəkatında döyüşən Mehdi Hüseynzadənin həyat və qəhrəmanlığı bu povestdə öz əksini tapmışdır. Əsərin yazılmasında məqsəd həmin illərdə azərbaycanlıların müharibənin qələbə çalmasında igidliyi, qəhrəmanlığı, döyüşkənliyi Mehdi Hüseynzadənin timsalında göstərilmişdir.

Sovet İttifaqının Qəhrəmanı Mehdi Hüseynzadə Stalinqrad cəbhəsindəki döyüşlərdə yaralanmış, amma düşmən mühasirəsində olsa da əsir düşməmək üçün ölümü belə gözə almışdır.

Hal-hazırda M.Hüseynzadənin adına məktəb və küçənin olması şagirdləri vətən sevgisi vətən müqəddəsliyi ideyasında ruhlandırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi