"1 Mart Mülki Müdafiə Günü"

1 mart 2016-cı ildə Nəsimi rayonu Saleh Poladi adına 159 №-li tam orta məktəbdə müəllimlərin, şagirdlərin, texniki işçilərin, valideynlərin və məktəbdə pedaqoji təcrübə keçən ADPU-nun tələbələrinin iştirakı ilə Məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi.Tədbirdə müəllimlərə, şagirdlərə, texniki işçilərə və valideynlərə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranmasının zəruriyyəti, inkişaf tarixi, əhəmiyyəti və yarandığı vaxtdan etibarən sülh və müharibə dövründə gördüyü işlər haqqında məlumat verildi. Tədbir iştirakçılarına Azərbaucan Respublikasında Mülki Müdafiə şöbə və bölmələrin yaranma tarixi, Fövqəladə Hallar Nazirliyinin yaranmasının zəruriliyi və inkişaf tarixi haqqında, şəhər və rayonlarda Mülki Müdafiə şöbə və bölmələrinin yerlərdə fəaliyyəti barədə məlumat çatdırılmışdır. Respublikamızda baş verən təbii fəlakətlərin törətdiyi fəsadlar nəticəsində yaranan fövqəladə hallarda Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə şöbə və bölmələrinin gördüyü xilasetmə işləri haqqında məlumat verilmişdir.Tədbir iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin “Xəzər-2013" taktiki təliminin video çarxları nümayiş etdirilmişdir. Tədbirin sonunda Nəsimi rayonu Saleh Poladi adına 159 №-li tam orta məktəbin müəllimlərinə, şagirdlərinə, texniki işçilərinə və valideynlərə Kütləvi Qırğın Silahlarından Mühafizə və Sənaye Qəzaları zamanı əhalinin davranış qaydaları izah olunmuşdur. Ümumqoşun Mühafizə Kostyumunun və Əleyhqazın təyinatı izah olunmuş, Ümumqoşun Mühafizə Kostyumu plaş və kombinezon növündə, PDF-7, DP-6M, QP- 5 tipli əleyhqazlarının və R-2 resperatorunun geyinilməsi nümayiş etdirilmiş, İPP-8 və Aİ-2 fərdi apteçkələri göstərilmiş və istifadə qaydaları izah olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi