"Novruz gəlir, yaz gəlir”

Məktəbdə "Novruz gəlir, yaz gəlir” adlı tədbir keçirilmişdir. Tədbirdə xalqımızın milli adət -ənənələri haqqında ətraflı təqdimatlar olunmuş, milli musiqi sədaları altında şifahi xalq ədəbiyyatının nümunələri səsləndirilmişdir. Tədbirdə Novruz bayramını qeyd edən xalqların adət-ənənələrindən danışılmış, milli rəqsləri ifa olunmuşdur. Bayrama xüsusi rəng qatan Kosa və Keçəl öz zarafatlarıyla tamaşaçıları valeh etdilər. İdmançı şagirdlər öz məharətlərini sərgiləmişdirlər. Sonda məktəbin direktoru Vahid Xəlilov müəllimləri, valideynlər və şagirdləri Novruz bayramı münasibətilə təbrik etmişdir.            

  Həmçinin məktəbdə “Səməni saxla məni” başlıq altında səməni sərgisi keçirilmişdir. Novruz bayramı münasibəti ilə bayramın əsas personajları Kosa və Keçəl məktəbin ibtidai sinif şagirdlərini  təbrik etmiş, bu şagirdlərin böyük marağına səbəb olmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi