1 Mart Mülki Müdafiə günüdür

Məktəbdə 1 Mart Beynəlxalq Mülki Müdafiə Günü qeyd olunmuşdur. Tədbirdə məktəbin müəllimlərinə, şagirdlərinə Kütləvi Qırğın Silahlarından Mühafizə və Sənaye Qəzaları zamanı əhalinin davranış qaydaları izah olunmuşdur. Ümumqoşun Mühafizə Kostyumunun və Əleyhqazın təyinatı izah olunmuş, Ümumqoşun Mühafizə Kostyumu plaş və kombinezon növündə QP-5, PDF-7  və DP-6M tipli əleyhqazların geyinilməsi nümayiş etdirilmiş, İPP-8 və Aİ-2 fərdi aptekçələri göstərilmiş və istifadə qaydaları izah olunmuşdur. Tədbir iştirakçılarına istehsalat qəzası zamanı GTZM yayılması nəticəsində zəhərlənmiş ərazidən yaralının təxliyə olunması və ona ilk tibbi yardım göstərilməsi qaydaları nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi