“Xocalı harayı“ adlı tədbir keçirilmişdir

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilikdir. Məktəbdə “Xocalı harayı “ adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Tədbir Xocalı faciəsində həlak olanların xatirəsinə 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə Elçin Əlibəylinin “Firuzə qaşlı xəncər”  hekayəsi əsasında hazırlanmış səhnəcik, N.Musayevin “ Talandı torpağımız” musiqi kompozisiya təqdim olundu. Xocalı faciəsinə həsr olunmuş bir sıra şeirlər “ Xocalı harayı” ,” Xocalı ağısı”  və s. səsləndi . Tədbirin sonunda məktəbin direktoru Vahid Xəlilov çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi