"Ağla Xocalı, ağla"

25.02.2016-cı il tarixində Bakı şəhəri Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbin şagirdləri “Xocalı faciəsi” nin 24-cü ildönümünü “Ağla Xocalı, ağla” adlı tədbir ilə yad etdilər. Tədbirdə məktəbin direktoru, tədris hissə müdiri, müəllimlər, pedaqoji təcrübədə olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri də iştirak etdilər. Tədbirin əvvəlində Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edildilər. Sonra həzin və hüzn dolu musiqi sədaları altında faciəyə həsr olunmuş şeirlər səsləndirildi. Məktəbin müxtəlif sinif şagirdləri tərəfindən hazırlanmış səhnəcik göstərildi. Səhnəcikdə əsir düşmüş Xocalının qadın və qızlarının mərdliyi, fədakarlığı zalda əyləşənlərin ğöz yaşları ilə izlənildi. Tədbirin sonunda tədris hissə müdiri Hökumə Camalova çıxış edərək qeyd etdi ki, “Xocalı faciə” si bizi bədbinliyə yox, mübarizəyə, əzmkarlığa səsləyir. Bizim əzəli və əbədi bir düşmənimiz var. O da ermənilərdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi