“Günəşimdir mənim dilim”

 Fevralın 21-də məktəbdə Beynalxalq Ana Dili Gününə həsr olunmuş “Günəşimdir mənim dilim” adlı ədəbi-bədii kompozisiya təqdim edilmişdir. Tədbirdə ADPU-nin müəllimi elmlər doktoru professoru Buludxan Xəlilov, Nəsimi rayonu İcra Hakimiyyətinin nümayəndəsi  Bəybala  Quliyev  məktəbin şagird və müəllim kollektivi iştirak etmişdi. Tədbirdə ana dilinə həsr olunmuş şeirlər söylənilmiş ,dilimizin yad  təsirlərdən qorunmasına aid səhnəciklər göstərilmiş, şagirdlərin ifasında dilimizə həsr olunmuş mahnılar səsləndi və rəqslər ifa olunmuşdur. Eyni zamanda söz xəzinəmizdən necə bəhrələndiklərini müəyyənləşdirmək üçün 5-ci siniflər arasında  kiçik yarış keçirilmişdir.

Tədbirin sonunda professor Buludxan Xəlilov çıxış edərək bu günün hər bir xalqın taleyində böyük önəm daşıdığını vurğulamış ,ana dilinin milətin əxlaq dəyəri, milli mədəniyyəti olduğundan söhbət açmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi