“Valideynin məktəbdə bir günü”

Məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi keçirilmişdir. Layihədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsləhətçisi Təranə Piriyeva, Təlimə Dəstək Mərkəzi  İT və Kurikulum üzrə mütəxəssisi Abdulla Qəhrəmanov iştirak etmişdilər. Tədbir 5 mərhələdən ibarət idi. Rəsmi hissə Dövlət Himni ilə açıq elan  olundu. Məktəbin direktoru Vahid Xəlilov layihə haqqında valideynlərə məlumat verdi. Sonra valideynlər məktəblə əyani tanış oldular. Növbəti mərhələdə valideynlər müəllimlərin açıq dərslərində iştirak etdilər. Valideynlər üçün təşkil olunan seminarı Təlimə Dəstək Mərkəzinin məsləhətçisi aparmışdır. Sonda məktəbin istedadlı şagirdlərindən ibarət bədii gecə nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi