31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü

Məktəbdə “31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü“ və “Yeni il”ə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, məktəbin direktoru, müavinlər, müəllimlər, şagirdlər və valideynlər iştirak etmişdirlər. Tədbirdə müəyyən siniflər müxtəlif ölkələri təmsil etmiş, ölkənin coğrafi mövqeyi, əhalisi, ölkə başçısı, Azərbaycanın həmin ölkədəki səfiri barədə məlumat verilmiş, adət -ənənələrini nümayiş etdirilmişdir. Hər bir sinif təmsil etdiyi ölkənin milli geyimlərini geymiş, həmin ölkənin simvolik eşyalarından istifadə etmiş, həmin ölkələrə məxsus mahnılar, rəqslər ifa edilmişdir. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi