"Qüdrətli və zəngin Azərbaycan İlham Əliyev fəaliyyətinin təməl prinsipidir” mövzusunda konfrans keçirilib

15 fevral 2016-cı il tarixində Bakı şəhəri Nəsimi rayonu 159 № -li tam orta məktəbdə “Qüdrətli və zəngin Azərbaycan İlham Əliyev fəaliyyətinin təməl prinsipidir” mövzusunda konfrans keçirildi. Konfransı giriş sözü ilə məktəbin direktoru V.Ə.Xəlilov açaraq İlham Əliyevin ölkəmizin tərəqqisi yolunda göstərdiyi böyük xidmətlərdən danışdı. O qeyd etdi ki, bu gün Azərbaycanın istənilən sahədə müvəffəqiyyət qazanması, xalqımızın inkişafa doğru inamla addımlaması məhz prezidentimizin yürütdüyü uğurlu siyasətin nəticəsidir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini H.N.Camalova öz məruzəsində İlham Əliyevin Azərbaycanın qüdrətli və zəngin bir ölkəyə çevirməsi yolunda atdığı mühüm addımlardan, bu istiqamətdə böyük səy, yüksək bacarıq və intellekt nümayiş etdirməsindən bəhs etdi. Daha sonra məktəbin tarix müəllimi X.Əhmədova məruzə ilə çıxış etdi. O vurğuladı ki, İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasını bu gün uğurla davam etdirir. Məktəbin riyaziyyat müəllimi S.Orucova prezidentimizin Azərbaycanda mədəniyyət, idman, təhsil və turizmin inkişafına verdiyi böyük töhfələrdən söhbət açdı. Tədbirdə həmçinin İlham Əliyevin fəaliyyətinə həsr olunmuş videoçarx da nümayiş etdirildi. Məktəbin şagird kollektivinin hazırladığı rəngarəng konsert proqramı alqışlarla qarşılandı. Tədbirin sonunda Bakı şəhəri Metodmərkəzin direktoru Vahid Qurbanov çıxış edərək konfransın əhəmiyyətindən bəhs etdi. O qeyd etdi ki, İlham Əliyevin fəaliyyəti sayəsində gənclərin qarşısında geniş imkanlar açılmışdır. Onlar bu gün təlim və tərbiyələri ilə, sabah isə öz işini dərindən bilən mütəxəssis olmaqla Vətənə və xalqa xidmət göstərməli, prezidentin onlara göstərdiyi etimadı doğrultmalıdırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi