Məktəbdə "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi" keçirilib

Şagirdlərin fizika fənninə olan marağının daha da artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsi və istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə 10 fevral 2016-cı il tarixində “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilib. Müsabiqədə 4 komanda yarışıb: “Elektron” , “Proton” , “Neytron” və “Atom” . Hər komandada 3 şagird iştirak edib. Komandalara verilən tapşırıq 30 test sualı, 5 məsələ və 1 praktik işdən ibarət olub. I yeri “Proton” komandası, II yeri “Elektron” komandası tutmuşdur. Qalib komandalara diplomlar təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi