“Günəş kimi parlayan ömür”

Saleh Poladi adına 159 N-li tam orta məktəbin müəllim və şagird kollektivi Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş bir sıra tədbirlər keçirmişlər.

Məktəbin foesində “Günəş kimi parlayan ömür” adlı rəsm sərgisi təşkil olunmuşdur.

X-XI siniflərdə  “Mənəviyyatlı şəxs kimdir” mövzusunda inşa yazılmışdır. Bütün siniflərdə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş təşkilat saatları və sinif divar qəzetləri təşkil olunmuşdur. Ulu Öndərin Fəxri Xiyabanda yerləşən məzarını ziyarət ederek gül dəstələri qoymuşlar.Tədbirdə Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Yekunda Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilən video film nümayiş olundu, şagirdlər Ulu öndərə həsr olunan şeirlər söylədilər. Məktəbin tarix müəllimləri Azərbaycan dövlətinin memarı, qurucusu, dahi şəxsiyyət Ulu öndər Heydər Əliyev haqqında geniş məruzələrlə, təqdimatlarla çıxış etmişdilər. Sonda ibtidai sinif şagirdlər “Heydər babamız” mahnısı ilə tədbiri bitirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi