“Narkomaniyaya yox deyək”

Narkomaniya ilə mübarizə məqsədi ilə uşaq və yeniyetmələrin məlumatlandırılması və maarifləndirilməsinin vacibliyindən, sağlam gənclərin yetişdirilməsi məqsədilə bu gün məktəbimizdə “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayonu Polis İdarəsinin rəisinin müavini polis polkovnik leytnant Vüsal Rüstəmov, Nəsimi RPİ-nin YYÇ-la PİTB-nin  rəisi polis mayoru Firdovsi Əsədli və həmin idarənin inispektoru polis kapitanı Cəlil Əliyev  iştirak ediblər.  Qonaqları təqdim etdikdən sonra məktəbin direktoru Vahid Xəlilov  tədbiri açıq elan etdi. Çıxışlarda narkotikanın insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən, narkomaniyaya qarşı mübarizə sahəsində görülən işlərdən, həyata keçirilən profilaktik tədbirlərdən danışılıb, bu dəhşətli bəlanın yayılmasının qarşısının alınması üçün hamılıqla mübarizə aparılmasının vacibliyi önə çəkilib. Narkomaniya cəmiyyətin düşmənidir. Tədbirdə əyani vasitələr geniş istifadə edilib, sənədli film göstərildi, həmçinin rəsm sərgisi, plakatlar, kitab sərgisi təşkil olunub, sonra şagirdlərlə diskussiya aparıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi