Məktəbdə "Mənim hüquqlarım" mövzusunda açıq dərs keçirilib

Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə 5 fevral 2016-cı il tarixində ibtidai sinif müəllimi Mehdiyeva Firəngizin 1 A sinfində Həyat bilgisi fənnindən “Mənim hüquqlarım” mövzusunda açıq dərsi olmuşdur.Dərsdə məktəb direktoru V.Ə.Xəlilov və Təlim-tərbiyə işləri üzrə direktor müavinləri H.N.Camalova və S.N.Paşayeva iştirak etmişdir. Dərsdə yeni təlim üsullarından ,İKT texnologiyalarından istifadə olunmuşdur. Açıq dərsdə rollu oyunlar, “Mənim hüquqlarım” adlı video film, şəkillər nümayiş olunub. Açıq dərs bitdikdən sonra dərsin müzakirəsi aparılmış və dərs bəyənilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi