"İnsan həyatında ailənin psixoloji rolu" mövzusunda keçirilmiş tədbir

Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə 5 fevral 2016-cı il tarixində “İnsan həyatında ailənin psixoloji rolu” mövzusunda tədbir keçirildi. Tədbir Azərbaycanın dövlət himni ilə açıldı. Tədbiri giriş sözü ilə məktəbin psixoloqu Yeganə Vahidova açaraq qeyd etdi ki, psixologiya elminin mənbəyi insandır. İnsan cəmiyyətin sosial varlığıdır. İnsan həyatında ailə münasibətləri, insanın şəxsiyyət kimi formalaşmasında da əhəmiyyətlidir. Hamımıza örnək olan ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolunu əks etdirən videoçarx göstərildi. Müzakirədə 10 A, 10 B, 11 A sinif şagirdləri fəal iştirak etdilər və qeyd olundu ki, ailə cəmiyyət içərisində kiçik bir cəmiyyətdir. Diskussiya fəallıqla keçdi, filosofların fikirləri şagirdlərin təqdimatı ilə söylənildi. 10 B sinif şagirdi Hüseynova Sevinc tərəfindən Nazim Hikmətin “ Qəribə adam” hekayəsi söylənildi. Bu psixoloji hekayə şagirdlər tərəfindən müzakirə edildi. Ayrı-ayrılıqda şagirdlər öz fikirlərini bildirdilər. Sonda həyəcan və narahatçılığın aradan qaldırılması məqsədilə psixoloq Y.Vahidova psixoloji seans təqdim etdi. Tədbirdə qonaq qismində iştirak edən 44 saylı tam orta məktəbin psixoloqu Nazilə xanım öz xoş fikirlərini söylədi. Tədbirin sonunda məktəbin direktoru Vahid Xəlilov tədbirə yekun vuraraq müsbət münasibətini bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi