“Bayraq qürurumuzdur”

Məktəbimizdə 9 Noyabr Bayraq gününə həsr olunmuş silsilə tədbirlər davam edir. 1-ci sinif şagirdləri 9 Noyabr Bayraq gününə həsr olunmuş “Bayraq qürurumuzdur” adlı tədbir keçirmişdir. Tədbirdə şagirdlərin ifasında şeirlər, mahnılar və rəqslər ifa olunmuş, videoçarx nümayiş etdirilmişdir. Tədbirdə məktəbin direktoru, müavinlər, valideynlər və ibtidai sinif şagirdləri iştirak etmişdirlər. Sonda məktəbin direktoru balaca fidanlara təşəkkür edib, hamını bayraq günü münasibətiylə təbrik etdi.

Həmçinin, “9 Noyabr Bayraq günü”nə həsr olunmuş mini futbol turu keçirilib. Sonda qalib komanda diplom və kubokla təltif olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi