2 Fevral Ümumrespublika Gənclər Günüdür

Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutur. Azərbaycan Respublikası gənclərinin forumu ilk dəfə 2 fevral 1996-cı ildə keçirilib. 1997-ci ildən fevralın 2-si Ümummilli lider mərhum Prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Gəncləri günü elan olunub. Ölkənin gələcəyi onun gəncliyindən asılıdır. Gənclik - gələcəyin özü, böyük güc, böyük arzular, ümidlər və sağlam düşüncə deməkdir. Bu gün Nəsimi rayonu Poladi Saleh adına 159 N-li tam orta məktəbdə “2 fevral - Gənclər günü” qeyd edilmişdir. Tədbirə əvvəlki ilin məzunları dəvət olunmuşdular. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan olundu. Tədbirdə tərbiyə işləri üzrə direktor müavini Nərminə Aşurova çıxış edib . Nərminə müəllimə öz çıxışında qeyd etdi ki, hər bir gənc ailəsi, vətəni və cəmiyyəti üçün önəmli şəxsiyyət olmağa çalışmalıdır. Bütün gənclərimizə həmişə qabaqcıl olmağı arzu etdi. Tədbirin sonunda məktəbdənkənar və sinifdənxaric işlərdə fəal iştiraklarına görə şagirdlərə diplomlar təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi