“Bayraq mənim mənliyimdir”

Məktəbimizdə 9 Noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş “Bayraq mənim mənliyimdir” adlı tədbir keçirilmişdir. Tədbirdə Nəsimi rayon  İcra Hakimiyyətinin I müavini Verdiyeva Gülarə xanım, şöbə müdirləri, müəllimlər, valideynlər, şagirdlər iştirak etmişlər. Tədbirdə qeyd olundu ki, Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdən sayılan üç rəngli bayrağımız hər bir vətəndaşda- yeniyetmə, gənc və yaşlılarda yüksək vətənpərvərlik duyğuları aşılayır. Bayraq insanlarda vətənə sevgi və məhəbbət hissləri yaradır. Tədbirdə şagirdlərin qurduğu “Mən Azərbaycanlıyam” adlı flaşmob, şeirlər, mahnılar və rəqslər böyük maraqla qarşılandı. Sonda sözü Zahid Əzizə, musiqisi Elvin Muxtara aid olan “Azərbaycan bayrağı” videoklip nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi