“Müstəqil dövlətçiliyin bərpası” mövzusunda açıq dərs keçirilmişdir

            Məktəbimizdə tarix müəllimi Vüsal Şirəliyevin  7"D"  sinfində “Müstəqil dövlətçiliyin bərpası”  mövzusunda açıq dərsi keçirildi. Dərs Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Dərsin motivasiya hissəsində “Şirvanşahlar saray kompleksi”nə aid fotoşəkillər göstərildi. Şagirdlər fikirlərini şifahi söyləyib, fərziyyə və ehtimalları nümayiş etdirdilər. Tədqiqat sualından sonra qruplara  tapşırıqlar verildi. Şagirdlər 4 qrupa bölündü: Cavanşir, Babək, Albaniya, Bərdə. Şagirdlərdən öz qruplarının adının mənası haqqında fikirləri soruşuldu. Şagirdlər Cavanşirin, Babəkin, Azərbaycan tarixində oynadığı rolu, ərəb işğalçılarına qarşı mübarizədən danışdılar. Eləcə də Albaniya dövləti  və dövlətinin sərhədləri Bərdə şəhərinin qədimliyi və paytaxt şəhər olması slavyanların Bərdəyə yürüşü haqqında danışdılar. Sonra qruplar tapşırıqlarını hazırlayıb təqdim etdilər. Şirvanşahlar dövlətinin yaranması, Azərbaycan tarixində dövlətçiliyinin bərpası, Cümə məscidi, Dərbənd səddinin təmir etdirilməsi barədə danışılır. Şagirdlərə sonda Şirvanşahlar dövlətinə aid videorolik nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi