"Milli qəhrəmanlarımız and yerimizdir"

20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş Tədbirlər planına əsasən Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə bir sıra tədbirlər həyata keçirilmişdir. Məktəbin müəllim və şagird kollektivi Azərbaycanın müstəqilliyi uğrunda şəhid olmuş vətən övladlarını yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlərin məzarı üstünə qərənfil düzmüşlər. 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq rəsm müəllimi Afət Mustafayeva “Ağla qərənfil, ağla!” başlığı altında rəsm sərgisi təşkil etmişdir. Məktəb üzrə 19.01.2016-cı il tarixində 1-ci dərs saatı 20 Yanvar faciəsinə həsr olunub. Siniflərdə təşkilat saatları keçirilib, guşələr və divar qəzetləri tərtib olunub. Azərbaycanda igid qardaş və bacılarımızın adını daşıyan təhsil ocaqları var. Bakı şəhəri 159 N-li tam orta məktəbin də adı bunların sırasındadır. Məktəbin məzunu olmuş Poladi Saleh Əliqulu oğlu 1990-cı ildə yanvarın 20-də Azərbaycanın azadlığı uğrunda şəhid olmuşdur. Məktəbin foyesində Saleh Poladinin büstü önündə şagirdlər güllər düzüb bir dəqiqəlik sükutla şəhidin xatirəsini yad etdikdən sonra şeirlər söylədilər. Tədbirlər planına əsaslanaraq yekunda “Milli qəhrəmanlarımız and yerimizdir” adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim, valideyn və şagirdləri iştirak ediblər. İştirakçılar – tarix müəllimləri V.Şirəliyev , A.Hüseynov geniş məruzə ilə çıxış etmişlər. 20 Yanvar faciəsi qurbanlarına həsr olunmuş sənədli film nümayiş olunub. Sonda şagirdlərin ifasında “Ana, əsgər gedirəm” adlı kompozisiya təqdim olundu. (Ana – Aydan Kərimova- 9b sinif şagirdi, əsgər – 6 ç sinif şagirdi Samir Səmədzadə ifa etmişlər.) Tədbir “İgid əsgər” mahnısı ilə başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi