Bayrağa “Sədaqət” Andı

                                     

   Nəsimi rayonu S.Poladi adina 159 N-li tam orta məktəbdə “İnnovativ təşəbüslər “ içtimai birliyin təşəbüssü Müdafiə və Təhsil Nazirliyinin dəstəyi ilə birlikdə Milli ordunun 100-cü il dönümünə həsr olunmuş tədbir keçirilib.Tədbiri məktəbin direktoru Xəlilov.V.Ə. giriş sözü ilə açıq elan etdi və qonaqları salamlayaraq sözü  “İnnovativ təşəbüslər “ içtimai birliyin rəhbəri  Əşrəf Əhmədova verdi.Əşrəf müəllim öz çıxışında qeyd etdi ki , dövlətin atributlarından,dövlətçilik rəmzlərindən biri də onun Dövlət  Bayrağıdır. Azərbaycan  Respublikasının Dövlət Bayrağı dövlətimizin suverenliyinin rəmzidir.

Bizim  bayrağımız qurur mənbəyimizdir.Tədbirə Dövlət bayrağı gətirildi və 159 N-li məktəbin şagirdləri Bayrağa “Sədaqət” Andı içdilər.

   Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Vəfa xanım iştirak etmişdir.O, öz çıxışında qeyd etdi ki, təmsil etdiyi İcra Hakimiyyətinin rəhbərliyinin tez-tez cəbhə bölgələrinə gedərək Vətənin keşiyində dayanan hərbi qulluqçularla görüşlər keçirib,mənəvi dəstəkləri ilə onların gücünə güc qatdıqlarından,bu görüşlər xalqın əsgərinin yanında olduğunu,ona sonsuz güvəndiyini nümayiş etdirdiyindən bəhs etdi.

   Tədbirdə “H.Əliyev ordu haqqında” və sosial vidio roliklər nümayiş olunub,ordu quruculuğu haqqında çıxışlarla, şagirdlərin mahnı,şeir və rəqs parçaları ilə davam etmişdir.

Tədbirdə Müdafiə Nazirliyi Mənəvi –Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr  İdarəsinin dövlət qulluqçusu Zümrüd Səmədova, İctimaiyyət nümayəndələri Atatürk Mərkəzinin İctimai və Siyasi  şöbəsinin müdiri Əkbər Qoşalı  iştirak etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi