"Mülki Müdafiə" günü

25  aprel  2018-ci  ildə Nəsimi rayonu Saleh Poladi adına 159 saylı tam orta məktəbdə müəllimlərin, şagirdlərin, texniki işçilərin və valideynlərin iştirakı ilə Məktəbdə Mülki Müdafiə gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə müəllimlərə, şagirdlərə, texniki işçilərə və valideynlərə Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaranmasının zəruriliyi, inkişaf tarixi, əhəmiyyəti və yarandığı vaxtdan etibarən sülh və müharibə dövründə gördüyü işlər haqqında məlumat verildi.

Tədbir iştirakçılarına Fövqəladə Hallar Nazirliyinin “Xəzər-2013 “təliminin video çarxları nümaiş etdirilmişdir

Tədbirdə Nəsimi rayonu Saleh Poladi adına 159 saylı tam orta məktəbin müəllimlərinə, şagirdlərinə,  texniki işçilərinə və valideynlərə Kütləvi Qırğın Silahlarından Mühafizə və Sənaye Qəzaları zamanı əhalinin davranış qaydaları izah olunmuşdur. Ümumqoşun Mühafizə Kostyumunun və Əleyhqazın təyinatı izah olunmuş, Ümumqoşun Mühafizə Kostyumu plaş və kombinezon növündə, QP- 5, PDF- 7 və DP- 6M tipli Əleyhqazın geyinilməsi nümayiş etdirilmiş, İPP-8 və Aİ-2 fərdi aptekçələri göstərilmiş və istifadə qaydaları izah olunmuşdur.

Tədbir iştrakçılarına istehsalat qəzası zamanı GTZM yayılması nəticəsində zəhərlənmiş ərazidən yaralının təxliyyə olunması və ona ilk tibbi yardım göstərilməsi qaydaları nümayiş etdirilmişdir.

 

 

 

 

        

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi