"Oxu günü"

 

Bakı şəhəri üzrə Təhsil İdarəsi 04.04.2018-ci il tarixli F-148 nömrəli əmrin N bəndinə əsaslanaraq 19-20 aprel 2018-ci il tarixlərində “Oxu günü” çərçivəsində  159 N-li tam orta məktəbdə bir sıra tədbirlər keçirilib. Məktəbin  kitabxanasında Cek Londonun “Kiş” hekayənin təhlili keçirilib.

  19 Aprel 2018-ci il tarixində “Oxu günü” çərçivəsində 4c sinif şagirdlərinin hazırladığı səhnəciklər: Mir Cəlalın “Gülgəz”, Cəlil Məmmədquluzadənin “Buz “, İsa  Hümmətov  “İki qardaş” hekayələri təqdim olundu. Mövzu və məzmunca  müxtəlif olan  bu hekayələri  eyni   ideya  birləşdirir: diqqətli və məsuliyyətli  olmaq ,əməksevərlik, valideynini  sevmək, verilmiş tapşırığı layiqincə yerinə yetirmək.

 Məktəbin ədəbiyyat müəllimi Təravət  Məmmədova 8-ci siniflərdə Debat hazırlamışdır.

 Debatda iki komanda iştirak edirdi.Tezis komandasının mövzusu “Mütaliə bizə həyatı öyrədir”

Antitezis komandasının mövzusu “Həyatı biz yaşayaraq öyrənirik”.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi