“31 Dekabr - Azərbaycanlıların Həmrəylik Günü"nə həsr olunmuş “Şən Startlar” idman yarışı

“31 Dekabr - Azərbaycanlıların Həmrəylik Gününə həsr olunmuş “Şən Startlar” idman yarışı Bu gün Nəsimi rayonunda S.Poladi adına 159 №-li tam orta məktəbdə “31 Dekabr - Azərbaycanlıların Həmrəylik Gününə həsr olunmuş “Şən Startlar” idman yarışı keçirilib. Tədbirdə məktəbin direktoru V.Ə.Xəlilov, məktəbin psixoloqu Y. Vahidova, müəllimlər və valideynlər iştirak etmişdir. Məktəbin direktoru V.Ə. Xəlilov “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” ilə əlaqədar geniş məruzə ilə çıxış edib. Ümummilli lider H. Əliyev demişdir: “ İdman insanları həm fiziki, həm mənəvi cəhətdən yüksəldən bir vasitədir. “.Bu günki yarış məktəbin “ Xəzər “ ( 6-a ) və “ Azəri “ ( 6-c ) komandaları arasında keçirilib. Yarış 6 oyundan ibarət idi. Hər iki oyundan sonra musiqi fasiləsi verildi. Fasilədə məktəbin şagirdləri rəngarəng rəqslər, mahnılar ifa etmişdilər. Oyun 12:11 hesabı ilə başa çatıb.“Xəzər” komandası 1-ci yer tutmuşdur. Məktəbin direktoru V. Xəlilov 1-ci yeri tutan komandaya Diplom, 2-ci yeri tutan komandaya isə təşəkkürnamə təqdim etmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi