31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramına həsr olunmuş tədbirlər davam edir. 30.12.2015-ci il tarixdə silsilə tədbirlərin davamçıları ibtidai sinif şagirdləri olub. “Gəlin dostlar, əl-ələ tutaq” adlı tədbirdə məktəbin direktoru V.Ə.Xəlilov, müəllimlər, valideyn komitəsi sədrləri iştirak etmişdilər. Şənliyin özəlliyi onda idi ki, heç bir sinif fərdi iştirak etməyib, burada əməkdaşlıq, dostluq, birlik üstün idi. Tədbirə Yeni il personajları Şaxta baba, Qar qız təşrif buyurmuşdur. Uşaqlar, Azərbaycana, dostluğa, Yeni ilə həsr olunmuş şeirlər, mahnılar ifa ediblər. Tədbirin sonunda direktor, müəllimlər, valideynlər və şagirdləri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə təbrik etdi, yeni ildə hamıya uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi