"Qələbəyə aparan yol"

Aprel döyüşlərdən iki il keçir. S.Poladi adına 159N-li tam orta məktəbdə “Qələbəyə aparan yol” başlığı altında bir sıra tədbirlər keçirilib. 03.04.2018-ci il tarixində məktəbdə 1-ci dərs saatlari “Aprel döyüşləri”-nə həsr olunmuşdur. Aprel döyüşlərində torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını  qurban verən bütün şəhidlərin ruhları bir dəqiqəlik sukutla ehtiramla yad edildi. Aprel  ayı üçün hazırlanan sinif divar qəzetlərində Aprel döyüşüləri haqqında məlumatlar qeyd edilmişdir.

  Məktəbin GÇH müəllimi Məmmədov Qənbər seminar keçirtmişdir. Seminarda qeyd olundu ki, 2016-cı ildə dörd günlük döyüşlər, bütün Azərbaycan xalqı üçün  bir sınaq günləri oldu, Doğma Vətənin bir qarış torpaqına görə  canımızdan keçməyə hazırıq. Tədbirin sonu Ali Baş Komandan İlham Əliyevin sözləri ilə yekunlaşdı.”Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək və kimsə bunu gözləyirsə əbəs yerə gözləməsin”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi