General Səmədbəy Mehmandarovun 160 illiyinə həsr olunmuş tədbir

Azərbaycan Generalı Səmədbəy Mehmandarovun 160 illik yubileyi ilə əlaqədar Bakı şəhəri Nəsimi rayonu S. Poladi adına 159 №- li məktəbdə Vətənpərvərlik mövzusunda müxtəlif tədbirlər keçirilmişdir. GÇQH müəllimi Məmmədov Qənbər “ Heç kim unudulmur” mövzusunda dəyirmi masa keçirib. Tədbir Dövlət Himni ilə açıq elan olundu. Dəyirmi masada məktəbin direktoru Xəlilov V.A, Tərbiyə işləri üzrə direktor müavini Aşurova N.F, tarix müəllimi Şirəliyev V, məktəbin psixoloqu Vahidova.Y iştirak etmişdilər. Məktəbin direktoru V. Xəlilov məruzə ilə çıxış etmişdir. GÇQH müəllimi Q.Məmmədov öz çıxışında General S.Mehmandarovun həyatı və döyüş meydanlarındakı peşəkarlığı haqqında şagirdləri məlumatlandırdı. Müzakirədə iştirak edən şagirdlər Vətənə həsr olunmuş şeirlər söylədilər. Sonda sənədli film nümayış olundu. Eyni zamanda məktəbin kitabxanasında “ Onlar həmişə yaddaşımızdadır” adlı guşə hazırlanıb. Guşədə Milli qəhrəmanımız haqqında kitablar, fotolar öz əksini tapmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi