Xocalıya gedən yol

Xocalı faciəsinin iyirmi altıncı ildönümünə həsr olunmuş Tədbirlər Planı tərtib olunub və həmin plana əsasən tədbirlər həyata keçirilib. Məktəbin rəsm müəllimi  Afət  Mustafayevanın rəhbərliyi ilə “Xocalı faciəsi uşaq yaradıcılığında” adlı rəsmlər, divar qəzetləri, fotostendlərin sərgisi nümayiş olunmuşdur. İbtidai sinif müəllimi Mehdiyeva Firəngiz  3”A” sinfində “Xocalısız- 26 il” mövzusunda açıq dərs vermişdir. Məktəbin tarix müəllimi Hüseynov Anar “Xocalıya gedən yol” mövzusunda dəyirmi masa təşkil etmişdir. Məktəb üzrə 26 fevral 2018-ci il tarixində 1-ci dərs saatları Xocalı faciəsinin iyirmi altıncı ildönümünə həsr edilmiş, bütün siniflərdə faciənin qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin akt zalında  X-XI sinif şagirdlərinə “Xoca” bədii filmi nümayiş olunub. Sonda Ədəbiyyat fənn müəllimi Hüseynova Şəhlanın hazırladığı “Xocalı harayı” adlı ədəbi-bədii kompazisiya nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi