“Ana dilim-doğma dilim”

Nəsimi rayonu S.Poladi adına 159N-li tam orta məktəbdə  21 Fevral Beynalxalq Ana Dili gününə həsr olunmuş “Ana dilim-doğma dilim” adlı tədbir keçirildi.Tədbir Ümummilli lider Heydər Əliyevin dil haqqında söylədiyi kəlamlar ilə başladı.Şagirdlərin ifasında Tofiq Bayramın, Bəxtiyar Vahabzadənin,Şəhriyarın,Xəlil Rza Ulutürkün dil haqqında şeirləri səsləndi.Bu əsərərdəvətənpərvərlik,ana dilinə məhəbbət,vətənə sevgi hissləri böyük şeiriyyət və ilhamla qələmə alınmışdır. Milli rəqslərimizin  istedadlı şagirdlər tərəfindən ifası bayramımıza  bir gözəllik, bir ahəng qatdı . Böyük şair Bəxtiyar Vahabzadənin öz ifasında ana dilinə həsr olunmuş şeirini səsləndirdi.Tədbirin sonunda məktəbin direktoru Xəlilov Vahid dil haqqında maraqlı və geniş çıxış edərək bütün müəllim,valideyn və şagird kollektivini bayram münasibətilə təbrik etdi. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi