“Vətən şəhidləri ilə ucalır”

  20 Yanvar faciəsinin iyirmi səkkizinci il dönümünə həsr olunmuş  məktəbin Tədbirlər planı hazırlanmışdır. Həmin plana əsasən məktəbdə tədbirlər həyata keçirilmişdir. Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, gənc nəsildə vətənpərvərlik hissini yüksəltmək hər birimizin borcudur. Beləliklə, məktəb üzrə bütün siniflərdə təşkilat saatları 20 yanvar faciəsinin mövzusuna, Yanvar ayında hazırlanan sinif divar qəzetləri 20 yanvar faciəsinə həsr olumuşdur. Müəllim və şagird kollektivi “Şəhidlər xiyabanı”nı ziyarət etmişdirlər. Məktəbin foesində “Vətən şəhidləri ilə ucalır” rəsm sərgisi nümayiş olunub və inşa yazı müsabiqəsi aparılmışdır. Məktəb üzrə “Qanlı gecə” adlı dəyirmi masa təşkil olunmuşdur. Məktəbin kitabxanasında “Şəhidlər ölməz” mövzusunda disput keçirilib, hər sinif otaqlarında 20 yanvar fotoguşə yaradılmışdır. 19 yanvar 2018-ci il tarixində məktəb üzrə 1-ci dərs saatları 20 Yanvar faciəsinin iyirmi səkkizinci il dönümünə həsr olunub, sonra şagirdlər məktəbin məzunu şəhid Saleh Poladi guşəsinin önünə əklillər qoyaraq onu yad etdilər. Sonda “Qan yaddaşımız” adlı tədbir keçirilmlşdir.

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi