Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilmiş tədbir

Bakı şəhəri Nəsimi rayonu Saleh Poladi adına 159 №-li tam orta məktəbin tədbirlər planına uyğun olaraq məktəbdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin müəllim kollüektivi, valideynlər və şagirdlər iştirak etdilər. Tədbirdə əvvəlcə iştirakçılar ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla, ehtiramla yad etdilər. Sonra məktəbin tarix müəllimi Əhmədova Xəyalə tədbiri giriş sözü ilə açaraq, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş məruzə ilə çıxış etdi. Ardınca söz məktəbin şagirdlərinə verildi. Onlar ümummilli lider Heydər Əliyevə həsr edilmiş şeirlər söylədilər, mahnılar səsləndirdilər. Daha sonra isə Ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolunu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işləri, onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş etdirildi. Tədbirin sonunda məktəbin direktoru Xəlilov Vahid çıxış edərək ulu öndər Heydər Əliyevin irsinin daimi öyrənilməsini yığıncaq iştirakçılarının nəzərinə çatdırdı. Şagirdlərin tədbirdə fəal və yaradıcı iştirakına görə məmnunluğunu ifadə etdi. 159 №-li tam orta məktəbdə Heydər Əliyevin anım günü ilə əlaqədar keçirilmiş tədbirlər silsiləsi bununla yekunlaşmır. Məktəbin sinifləri arasında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Ən yaxşı divar qəzeti” müsabiqəsi keçirilmiş, müsabiqənin qalibi 7 D sinfi elan edilmişdi. Həmçinin 159 №-li tam orta məktəbin VIII-XI sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş inşa müsabiqəsi keçirilmişdir. Məktəbdə keçirilmiş hər iki müsabiqənin qalibləri fəxri fərmanlarla təltif edilmişdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi