General Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş tədbir

Nəsimi rayonu Saleh Poladi adına 159 N-li tam orta məktəbdə Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş ”Cəmşid Naxçıvanski istedadlı sərkərdə və ictimai xadim” mövzusunda konfrans keçirilib. Konfransda məktəbin direktoru Xəlilov Vahid, tərbiyə işləri üzrə direktor müavini Aşurova Nərminə, Gənclərin Çağırışaqədərki Hazırlıq müəllimi Məmmədov Qənbər, tarix müəllimi Şirəliyev Vüsal, məktəbin psixoloqu Vahidova Yeganə iştirak etmişdilər. Konfransda GÇH müəllimi M.Qənbər geniş məruzə ilə çıxış etmişdir. C.Naxçıvanskinin həyat və fəaliyyətini əks etdirən fotostend hazırlanmış və konfransın sonunda qısametrajlı sənədli film şagirdlərə təqdim olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi