Milli Dirçəliş gününə həsr olunmuş tədbir

Saleh Poladi adına 159 nömrəli  tam orta məktəbdə 17 Noyabr “Milli Dirçəliş günü”nə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir. Bütün siniflərdə təşkilat saatları, sinif divar qəzetləri “Milli Dirçəliş günü”nə həsr olunmuşdur. 10-cu siniflər arasında “Voleybol” üzrə yarış keçirilmişdir.

17.11.2017-ci il tarixində 17 Noyabr “Milli Dirçəliş günü”nə həsr olunmuş müəllimlərin iştirakı ilə konfrans keçirilmişdir. Konfransı məktəbin direktoru V.Xəlilov giriş sözü ilə açıq elan etdi. O, öz çıxışında Dirçəliş gününün tarixi ilə bağlı ətraflı məlumat verdi. 

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Yüz minlərlə insan keçmiş sovetlərin Azərbaycana qarşı siyasətinə etiraz edib.

Meydan hərakatının əsasını isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası, Dağlıq Qarabağda yaşayan ermənilərin açıq separatçılıq hərəkatı, azərbaycanlıların öz yurd-yuvasından qovulması qoydu. 

Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

 Konfransda tarix müəllimi A. Hüseynov , V.Şirəliyev geniş məruzə ilə çıxış etmişdirlər.

 Sonda Dirçəliş gününə həsr olunmuş videoçarx nümayiş olundu.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi