"Bir kərə yüksələn bayraq bir daha enməz" adlı tədbir keçirilmişdir

Saleh Poladi adına 159 №-li tam orta məktəbdə 9 Noyabr Bayraq Gününə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir. Məktəb üzrə bütün siniflərdə sinif divar qəzetləri, təşkilat saatları həmin mövzuya həsr olunmuşdur. Məktəbin kitabxanasında 7-ci sinif şagirdləri ilə “Mənim bayrağım” adlı dəyirmi masa təşkil olunmuşdur, şagirdlər maraqlı təqdimatlarla, referatlarla çıxış etmişdirlər. İbtidai siniflərdə əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur. Noyabrn 8-də məktəbin tarix müəllimləri tərəfindən “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirilmişdir. Tədbirdə Dövlət Bayrağı haqqında geniş məlumat verilmiş, videoçarx nümayiş olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi