"Mənim hüquqlarım" adlı tədbir keçirilmişdir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə 20 oktyabr-20 noyabr 2017-ci il tarixində ölkəmizdə Uşaq Hüquqları aylığı elan edilməsi ilə əlaqədar məktəbdə “Mən və hüquqlarım” adlı tədbirlər planı hazırlanmışdır. Həmin plana əsasən bir sıra maraqlı tədbirlər həyata keçirilib.Bütün siniflərdə təşkilat saatları və divar qəzetləri həmin mövzuya həsr olunmuşdur. Məktəbin foyesində rəsm sərgisi nümayiş olunmuşdur. “Mən və hüquqlarım” dəyirmi masa keçirilmişdir. Şagirdlər maraqlı şüarlar plakatlar hazırlamışdılar. Nəsimi rayonu İcra hakimiyyəti ilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət komitəsinin birgə təşkil etdiyi tədbirdə 159N-li tam orta məktəbin şagirdləri iştirak etmişdilər və keçirilən tədbirdə fəal iştirakına görə diplomla təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi