"Tariximizin şanlı səhifəsi" adlı tədbir keçirilmişdir

Bu günlərdə bütün xalqımız möhtəşəm bir tarixi günü qeyd edir. 18 oktyabr Milli Müstəqilik günü.Dünənimizdən ibrət dərsi almaq, bu günümüzün ab-havası ilə yaşamaq, sabahımızın mənzərəsini aydın görmək,amalımızı, məqsədimizi müəyyən etmək üçün Bakı şəhəri 159 N-li tam orta məktəbdə şagirdlər arasında müxtəlif növ tədbirlər: esse, şeir müsabiqələri, müzakirələr keçirildi. Şagirdlər vətənpərvərlik mövzusunda yazılmış əsərlər haqqında fikir mübadiləsi apardılar. Onlar esselərdə bu günün əhəmiyyətini, tariximizdəki rolunu qeyd etdilər, vətənpərvərlik, azadlıq mövzusunda yazılmış şeirlər söylədilər. Həmin günün önəmini vurğuladılar.18 Oktyabr Dövlət Müstəqilliyi günü ilə əlaqədar məktəbin 8ç sinif şagirdləri geniş tədbir keçirdilər. Məktəbin direktoru Vahid Xəlilov öz çıxışında bildirdiki Dövlət Müstəqilliyi haqqında konstitusiya aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsədə, Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Herdər Əliyevin qayıdışından sonra əldə etdi. 1993-cü ildən başlayaraq Dövlət Müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bu günkü uğurları üçün ən etibarlı təməl oldu. Bu gün Müstəqil Azərbaycan dövləti dünya ölkələri içərisində ən nüfuzlu dövlət kimi tanınır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi