"Bir kərə yüksələn bayraq bir daha enməz"

159 N-li tam orta məktəbdə 9 Noyabr “Dövlət Bayrağı günü” nə həsr olunmuş tədbir keçirilib. Məktəbin tarix müəllimləri V-VII siniflərdə Test yazı işi keçiriblər. Suallar 9 noyabr- Bayraq günü və 12 noyabr- Konstitusiya gününə həsr olunmuş mövzuları əhatə etmişdir. 06.11.2015 –ci il tarixində məktəbin həyətində Dövlət himni səsləndirilmişdir. Himnin sədaları altında Dövlət bayrağı dalğalandırılmışdır. Məktəbin tarix müəllimi Şirəliyev Vüsal Bayraq gününə həsr olunmuş məruzə ilə çıxış edərək müəllim heyəti və şagirdləri təbrik etmişdir. Həmin gün məktəbin Tarix müəllimi Hüseynov Anar “Bir kərə yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirmişdir. Tədbirdə Dövlət bayrağından danışıldı, slaydlar və video çarx nümayiş etdirildi. Sonra şagirdlər Doğma Azərbaycan Bayrağı haqqında şeirlər söylədilər. Tədbir Azərbaycana həsr olunmuş mahnı ilə yekunlaşdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi