"Bilik günü"nə həsr olunmuş tədbir keçirilmişdir

Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. "Bilik günü” məktəbimizdə təmtəraqla qeyd edildi. 125 şagird ilk dəfə olaraq əlinə çanta alaraq məktəbə qədəm qoymuşdu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xəlilov Vahid müəllim açıq elan etmişdir. O, öz çıxışında qeyd etdi ki, son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə 2017-2018-ci tədris ili ölkənin bütün ümumtəhsil məktəblərində “Təhsildə keyfiyyət ili” elan olunub. Çıxışının sonunda direktor hər bir şagirdə yeni dərs ilində müvəffəqiyyətlər arzuladı. Tədbirdə müəllimlər, valideynlər, müharibə veteranları və 2016-2017-ci tədris ilində məktəbi bitirən və müvəffəqiyyətlə Ali məktəblərə daxil olan məzunlar tədbirdə iştirak etmişdirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi