“QIZIL QƏLƏBƏ” adlı tədbir keçirilmişdir

Nəsimi rayonu S.Poladi adına 159 № - li tam orta məktəbdə “Dünya Müharibəsi”ndə tarixi Qələbənin 72-ci ildönümü qeyd olunmuşdur. Məktəbin həyətində məktəbin istedadlı şagirləri asfalt üzərində rəsm işləri nümayiş olunmuşdur, sonra məktəbin akt zalında “Qızıl Qələbə” adlı tədbir keçirilmişdir.Tədbirdə məktəbin direktoru V.Ə.Xəlilov, direktor müavinləri Camalova H., Aşurova N., müəllimlər iştirak etmişdirlər. Tədbirdə məktəbin direktoru geniş məruzə ilə çıxış etmişdir. O, qeyd etdiki Faşizm üzərində əldə olunmuş qələbədə Azərbaycan xalqının öz şərəfli yeri vardır. Sonra tədbir iştirakçıları şeirlər söylədilər. Tədbirin sonunda “Uzaq sahillərdə” bədii filmindən fraqmentlər nümayiş olunmuşdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi