Şeir müsabiqəsi keçirilmişdir

20.04.2017-ci il tarixində 159 №-li tam orta məktəbdə “Vətənimi vəsf edirəm!” başlığı altında şeir müsabiqəsinin l mərhələsi keçirildi. Tədbiri məktəbin direktoru Vahid Xəlilov açıq elan ederək müsabiqənin məqsədi barədə giriş sözü söylədi və iştirakçıları salamladı. Müsabiqədə 5/9-cu sinif şagirdləri arasından seçilmiş 82 nəfər iştirak edirdi. Onlar doğma diyarımıza və ümummilli liderimiz H.Əliyevə həsr olunmuş şeirləri münsiflər heyəti qarşısında söylədilər. Müsabiqənin şərtlərinə görə şagirdlər şeirdə ifadə olumuş fikri, duyğuyarı dinləyiciyə çatdırmağı bacarmalı, orfoepik qaydalara riayət etməli, səs tembi, tonu, məntiqi vurğu, informasiya və s. kimi məsələlərə diqqət yetirməli idilər. Beləliklə münsiflər heyyətinin ümumi rəyinə əsasən 14 nəfər l, 18 nəfər ll, 13 nəfər isə III yerə layiq görüldü. Tədbirin sonunda məktəbin direktoru V.Ə.Xəlilov II mərhələyə keçən şagirdlərin adlarını elan edərək təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi