Qələbəyə gedən yol

Azərbaycan və Ermənistan arasında baş verən döyüşlərdən bir il keçir, bununla əlaqədar 159 nömrəli tam orta məktəbdə “Qələbəyə gedən yol” adlı tədbir-görüş keçirilmişdir. İlk öncə tədbirdə Aprel döyüşlərində torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını qurban verən bütün şəhidlərin ruhları bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Silahlı Qüvvələrin zabiti aprel ayında Ağdərə-Seysulan döyüşlərində iştirak edən Polkovnik Ağayev Mübariz Nail oğlu və ehtiyyatda olan döyüş və komanda hazırlığı üzrə müavin Mayor Kərimov Allahverdi Zaman oğlu iştirak etdilər. Onlar qeyd etdilər ki, aprel döyüşləri hər birimiz üçün hazırlıq siqnalı idi. Milli Ordumuzun əsgərlərinin vətənimizi qorumağa gücü var və aprel döyüşləri bunu bir daha sübut etdi. Belə görüşlər şagirdlərdə vətənə, torpağa sevgini gücləndirir. Sonda Ali Baş Komandan İlham Əliyevin sözləri səsləndi: "Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək və kimsə bunu gözləyirsə əbəs yerə gözləməsin."
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi