Tariximizi unutmayaq

31 Mart Azərbaycanın tarixinə bir faciə kimi yazılıb. 1918-ci il mart ayının 18-də Bakı quberniyasının müxtəlif bölgələrində - Şamaxı, Quba, Xaçmaz, Səlyan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğında minlərlə insanlar öldürülüb. 1998-ci il 27 martda Heydər Əliyevin imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların soyqırım günü elan edildi. Nəsimi rayonu S.Poladi adına 159 nömrəlii tam orta məktəbdə 31 Mart Azərbaycanlıların soyqırım gününə həsr olunmuş bir sıra tədbirlər keçirilmişdir. Məktəbin rəsm müəllimi Afət Mustafayevanın rəhbərliyi ilə şagirdlərin rəsmlərindən ibarət "31 mart - unudulmayacaq" adlı sərgi təşkil edilib. Bütün siniflərdə mövzu ilə əlaqədar təşkilat saatları keçirilib. Məktəbin kitabxanasında "Vətənim" adlı "Dəyirmi masa" təşkil olunub. "Dəyirmi masa"da məktəbin 6, 7, 8 - ci sinif şagirdləri öz fikirlərini söyləyiblər. Sonda məktəbin akt zalında 9, 10, 11- ci sinif şagirdlərinin iştirakı ilə "Tariximizi unutmayaq" adlı tədbir keçirilib. Tarix müəllimləri A.Hüseynov və V. Şirəliyev soyqırım günü haqqında ətraflı məlumat verib, videoçarxlar nümayiş olunub. Tədbirin sonunda məktəbin direktoru V.Xəlilov geniş məruzə ilə çıxış edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi