Tarix Muzeyinə Ekskursiya

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Fikir şənbəsi” klubu Bilik Fondunun əməkdaşı olan Bakı şəhəri Nəsimi rayonundakı S.Poladi adına 159 N-li tam orta məktəbin şagird və müəllimlərindən ibarət bir qrup tariximizin təbliği məqsədi ilə Milli Azərbaycan Tarix Muzeyinə ekskursiya edib. Klubun üzvləri muzeydə Azərbaycan tarixi və mədəniyyətinin nümunələrini- qədim geyim, zinət və məişət əşyaları, xalçalar, rəsm əsərləri digər qiymətli eksponatlarla tanış olublar. Sonra məktəblilər arasında Azərbaycan tarixinə dair viktorina keçirilib. Sualları düzgün cavablandıran şagirdlərə Bilik Fondunun hədiyyələri təqdim edilib. Muzeyin elmi işçisi Nardanə Yusifova məktəblilərə “Tariximiz eksponatların dili ilə” mövzusunda mühazirə deyib. Mühazirəçi iştirakçıları maraqlandıran sualları da cavablandırıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi