"Yurdumuza bahar gəlir" adlı tədbir keçirilmişdir

17.03.2017-ci il tarixində S.Poladi adına 159 №-li tam orta məktəbdə Novruz bayramı ilə bağlı tədbirlər keçirilmişdir. 4c sinfi və məktəbəqədər hazırlıq qrupunun şagirdlərinin hazırladığı “Yurdumuza bahar gəlir” adlı tədbir keçirildi. Tədbirdə xalqımızın milli adət - ənənələri haqqında ətraflı təqdimatlar olundu. Milli musiqi sədaları altında şifahi xalq ədəbiyyatımızın nümunələri səsləndi, milli rəqslər oynanıldı, nağıllardan səhnəciklər göstərildi. Dövlət başçımız prezident İlham Əliyev və vitse - prezident Mehriban Əliyevanın bu bayrama verdikləri önəmi vurğulandı. Sonda məktəbin rəhbəri Vahid Xəlilov iştirakçılara öz təşəkkürünü bildirib, onların bayramlarını təbrik etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi