İncəsənət və mədəniyyət, Azərbaycan tarixi və etnoqrafiya” mövzusunda tədbir keçirilmişdir

Bakı şəhəri Nəsimi rayonu S.Poladi adına 159 N –li tam orta məktəbdə də “Ekoloji aylıqlar” layihəsinə qoşularaq Fevral ayı “İncəsənət və mədəniyyət, Azərbaycan tarixi və etnoqrafiya” mövzusunda bir sıra tədbirlər keçirilib . Ay ərzində şagirdlər məktəbdə abadlıq işləri aparmışdılar. Məktəbin foyesində “ Ekoloji mədəniyyət” adlı rəsm sərgisi nümayiş olunmuşdur. 8 c sinif şagirdi Orucov Məhəmməd Fuad oğlu “Sağlam ekoloji mühitdə yaşamağı öyrənək” mövzusunda kiçik elmi işini təqdim etdi. Öz işində o, qeyd etdi ki, ətraf mühitin çirklənməsi çox istiqamətlidir. Mənşəyinə görə çirklənmələr: hava, su, torpaq və ayrıca radioaktiv çirklənmə : səs, gurultu kimi istiqamətlərə bölünür. Məktəbin tarix müəllimi Hüseynov Anar “ Azərbaycan etnoqrafiyasına bir baxış.Tədqiqatlar və yeniliklər” adlı seminar keçirtmişdir. Seminarda Hüseynov Anar geniş məruzə ilə çıxış etdi. Şagirdlər Azərbaycanın tarixi abidələrdə etnoqrafiyadan referantlar təqdim etdilər və məktəbin tarix müzeyinə baxış olundu .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi