"Bir yurd yeri vardı - Xocalı" adlı tədbir keçirilmişdir

Xocalı soyqırımının 25-ci il dönümü ilə əlaqədar Bakı şəhəri Nəsimi rayonu 159 N-li tam orta məktəbdə bir sıra məktəblər həyata keçirilmişdir. Bugün məktəbimizdə " Xocalı - xalqımızın qan yaddaşı" adlı ədəbi- bədii kompozisiya təqdim olundu. Tədbirdə məktəbin direktoru Xəlilov Vahid, müəllimlər, valideynlər, faciənin canlı şahidləri iştirak etmişdirlər. Tədbir Xocalı faciəsi qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbirdə "Bu son olsun" adlı video-film, sonra Bəxtiyar Vahabzadənin "Vətən var" şeiri əsasında bədii musiqili kompozisiya nümayiş olundu. Müxtəlif sinif şagirdləri tərəfindən hazırlanmış "Bir yurd yeri vardı - Xocalı" adlı səhnəcik göstərildi. Səhnəcik əsir düşmüş Xocalı əhalisinin, qızlarımızın mərdliyi, xalqımızın dözümlülüyü öz əksini tapmışdır. Tamaşaçılar maraqla, göz yaşları tədbiri izləyirdilər. sonda məktəbin direktoru Xəlilov Vahid geniş məruzə ilə çıxış etdi. O, öz çıxışında qeyd etdi ki, "Xocalı faciəsi" bizi bədbinliyə yox, mübarizəyə, əzimkarlığa səsləyir. Bizim əzəli və ədəbi bir düşmənimiz var, o da ermənilərdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi