Dərslər "Xocalı faciəsi"nə həsr olunmuşdur

Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, doğma vətənə sevgi, məhəbbət hislərini aşılamaq hər bir vətəndaşın borcudur. Hamımız yaxşı bilirik ki, bu günlərdə Azərbaycanda dərin hüzn və matəm günləri qeyd edilir. Xocalı soyqırımının iyirmi beşinci il dönümünü qeyd etmək üçün Bakı şəhəri S.Poladi adına 159 N-li tam orta məktəbdə hazırlanmış Tədbirlər planına əsasən bir sıra tədbirlər həyata keçirilib. 24.02.2017-ci il tarixində məktəb üzrə birinci dərs saatları Xocalı faciəsinə həsr olunmuşdur. Bütün siniflərdə bir dəqiqəlik sükutla Xocalı faciəsinin qurbanları yad edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi