"Dilimiz varlığımızdır" adlı əbədi-bədii kompozisiya keçirilmişdir

17.02.2017-ci il tarixində 159 №-li tam orta məktəbin 7ç sinfinin şagirdlərinin iştirakı ilə “Dilimiz varlığımızdır” adlı əbədi-bədii kompozisiya keçirildi. Tədbir şagirdlərin fəallığı ilə 159№-li tam orta məktəbin dil-ədəbiyyat üzrə metodbirləşmə sədri, eyni zamanda 7ç sinfinin dil-ədəbiyyat müəllimi Natiqə Mustafayeva tərəfindən yüksək səviyyədə təşkil olunmuşdur. Tədbirə məktəbin müəllim-şagird kollektivi ilə yanaşı valideynlər də dəvət edilmişdir. Məqsəd dilimizin gözəlliyini, onun müqəddəsliyini şagirdlərə aşılamaq və onu yad ünsürlərdən qorumaq idi. Tədbir “Himn” ilə başlandı. Sonra dilimizin bizə nə qazandırdığını vizual olaraq xatırlatmaq üçün ekranda dil haqqında videoçarx təqdim olundu. Bundan başqa B.Vahabzadənin “Ana-dili”, “Azərbaycan maralı” musiqisi altında C.Novruzun “Sevin Azərbaycanı” Z.Yaqub “Dilim”şeirləri, səhnəciklər “Şirin dil” mahnısı tamaşaçılara təqdim edildi. Tədbir izləyicilər tərəfindən maraqla qarşılandı və sürəkli alqışların müşaəti ilə başa çatdı. Sonra 159№-li tam orta məktəbin direktoru V.Ə.Xəlilov çıxış edərək tədbiri yüksək qiymətləndirdi və bu işdə əməyi olan müəllim və şagirdlərə təşəkkürünü bildirdi. O, belə tədbirlərin şagirdlərin mənəvi tərbiyəsində böyük rolu olduğunu xüsusi vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi