"Reproduktiv Sağlamlıq" adlı seminar keçirilmişdir

Nəsimi rayonu 159 N-li tam orta məktəbdə "Uğurlu Gələcək" təşkilatının təşəbbüsü ilə 6-cı sinif qızları ilə "Reproduktiv Sağlamlıq" mövzusunda seminar keçirilmişdir. Seminarı təşkilatın həkim bioloqu Rövşanə Qasımova aparmışdır. Seminarda qızlarla şəxsi gigiyena qaydaları ilə bağlı söhbət aparılmışdır. Maraqlı videoçarx nümayiş olundu. Şagirdlər təlimçiyə onları maraqlandıran suallar ünvanlayıb, eyni zamanda faydalı cavablar əldə etdilər. Seminarda Tərbiyə işləri üzrə direktor müavini N.Aşurova, biologiya müəllimləri və valideynlər iştirak etmişdilər. Sonda seminar iştirakçılarına şəxsi gigiyena haqqında kitabçalar təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi