“İrəli Azərbaycan Gəncləri” adlı tədbir keçirilmişdir

2 Fevral Azərbaycanda Gənclər günü kimi qeyd olunur. Bu münasibət ilə məktəbimizdə “İrəli Azərbaycan Gəncləri” adlı tədbir keçirilmişdir. Tədbirdə məktəbin direktoru V.Ə.Xəlilov, direktor müavinləri, məktəbin məzunları, valideynlər iştirak etmişdirlər. Tədbiri geniş məruzə ilə məktəbin direktoru V.Ə.Xəlilov açdı. Öz çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi ehtimatdan və qayğıdan , gənclərin Respublikamızın bütün sahələrində olan uğurları haqqında danışdı.Tədbir iştirakçıları Azərbaycanda ölkə rəhbərliyi tərəfindən gənclərə olan diqqət və qayğı haqqında danışdılar. Tədbirdə slaydlar nümayiş olundu. İbtidai sinif şagirdləri gəncləri öz rəqsləri ilə təbrik etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi